Bu gün 3 dərəcə şaxta olacaq

"Bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev belə deyib. O bildirib ki, havanın temperaturu gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacaq, gecə və səhər yollar buz bağlayacaq.

Baş hidroloqun sözlərinə görə, Azərbaycanın rayonlarında bu gün gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 2-7 dərəcə şaxta olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə