Güclü qar bir sıra problemlər yaradıb

Güclü qar bir sıra problemlər yaradıb

Bərdədə yağan qar yollarda avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ölkə ərazisində yollar buz bağladığı üçün sakinlər Bakıya və başqa şəhərlərə getmək üçün dəmir yol vağzalına üz tuturlar. Bu da vağzalda insan sıxlığının yaranmasına səbəb olub.

Hava şəraiti ilə əlaqədar sərnişinlər avtobuslardan və minik maşınlardan çox qatarlardan istifadə etməyi üstün tuturlar.

Yolların sürüşkən olması bir çox qəzalarla nəticələnir ki, buna görə də sürücülər avtomobillərini idarə etməkdə çətinlik çəkirlər .

Şamxal Cəliloğlu, Qarabağ

Bütün xəbərlər Facebook səhifəmizdə