Bərdədə 2 fevral Gənclər günü münasibətilə tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə keçirilən tədbirdə iştirakçılar öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül- çiçək dəstələri qoyublar. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Çıxış edənlər Azərbaycanda bu günün əhəmiyyətindən danışıblar.
Gənclər və İdman İdarəsi adından bir qrup gəncə ictimai fəallığına görə fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Tədbir sonda gənc istedadların ifasında mahnı və rəqslərlə davam edib.
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB