Qazaxda 2 fevral gənclər günü ilə bağlı şənlik keçirilib

Qazaxda 2 fevral gənclər günü ilə bağlı şənlik keçirilib

Qazax rayon milli olimpiya kompleksində 2 fevral gənclər günü ilə bağlı geniş tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu gün Qazax rayonunda əsasi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan 2 fevral gənclər günü ilə bağlı tədbir keçirilib.

Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himni ilə açılıb. Tədbiri giriş sözü ilə açan Qazax rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev ölkəmizdə aparılan geniş səpkili abadlıq-quruculuq işlərindən, gənclərin ölkədə tutduğu mövqeyindən və ölkə prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan danışıb. Çıxış edən digər natiqlərdə Azərbaycan gənclərinin tutuğu mövqeyindən söhbət açıblar. Tədbirdə istedadlı gənclər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Gənclər rayonda gənclik siyasətindən, gənclərə göstərilən qayğıdan və asudə vaxtlarının səmərəli təşkili üçün görülən layihələrdən razı qaldıqlarını bildiriblər.

Ölkənin hər bir yerində olduğu kimi Qazax rayonunda da gənclərə böyük önəm verilir. Gənclər İdman idarəsi gənclərlə bağlı tədbirlər planlarına uyğun olaraq istər idman, istərsə də digər sahələrdə yeni layihələr həyata keçirir.

Qeyd edək ki, 2 fevral gənclər günü ilə əlaqədar olaraq rayonun ictimai-siyasi işlərində aktiv olan 40 nəfərdən artıq olan gənclə də mükafatlar təqdim edilib.

Kamran Əskiparalı, Qazax

Bütün xəbərlər Facebook səhifəmizdə