Sumqayıt şəhəri qara təslim oldu

Sumqayıt şəhəri qara təslim oldu

Sumqayıta yağan güclü qar fəsadlara yol açıb. SİA-nın məlumatına görə, çovğunla müşayət olunan qar Sumqayıtdan Bakıya iş dalınca gedən insanlara ciddi problemlər yaradıb. Bundan istifadə edən taksi sürücüləri qiyməti 10, hətta 20 manata qaldırıblar. Bakıda çalışan insanların əksəriyyəti mənzilbaşına çata bilməyib. Hava şəraitinin ciddi şəkildə dəyişməsi şəhərin mikrorayon və məhələllərində enerji verilişində də problemlərə yol açıb. Belə ki, Sumqayıtın əksər hissəsi işıqsız qalıb. Bununla yanaşı, sərnişindaşıma xidməti ilə məşğul olan marşrut avtobuslarının hərəkətində də fəsadlar yaranıb. Avtomobillərin əksəriyyəti qara təslim olub. Şəhərin mərkəzi hissələrinin qardan təmizlənməsi üçün texnikalar işə cəlb edilib.

Hazırda da Sumqayıtda yağıntılı hava davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə