Gənclər İdman Nazirliyi “Gənclər günü” ilə bağlı tədbirlərini açıqlayıb
Hər il Azərbaycan gəncləri gününün respublikada geniş şəkildə qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu il də gənclərin iştirakı ilə bir sıra tədbirlərın həyata keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindənd SİA-ya verilən xəbərə görə, 3 Fevral saat 11.00 tarixində "2 fevral - Gəncləri günü" nün qeyd olunması ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti ilə başlanacaq. Ardınca Şəhidlər xiyabanını ziyarət edəcək gənclər Azərbaycanın müstəqilliyi yolunda həlak olanların xatirəsini yad edəcəklər.
Tədbirlər Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə Azərbaycan gəncləri günü münasibətilə təşkil etdiyi gənc rəssamların əsərlərindən ibarət sərginin açılışı ilə davam edəcək.
Sərginin açılışı 3 fevral 2014-cü il tarixdə saat 15.00-da Vəcihə Səmədova adına sərgi salonunda keçiriləcək. Sərgidə tamaşaçılara 200-dək gənc peşəkar rəssamın rəsm və heykəltaraşlıq əsərləri, tətbiqi sənət nümunələri təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB