Azərbaycanda səhiyyə sahəsində aparılan islahat zamanı bir neçə xəstəxanalar ləğv edilərək tibb və ya həkim məntəqəsi edib. Bölgə müxbirinin verdiyi xəbərə görə, 11 minə yaxın əhalisi olan Tovuz rayonunun Aşağı Quşçu kənd sakinləri xəstəxananın olmamasından əziyyət çəkir. Sakinlər günün ikinci yarısından sonra rayon mərkəzinə getməkdə çətinlik çəkdiklərini və bu baxımdan da kənd həkimlərini gecə saatlarında evlərində narahat etdiklərini bildiriblər.
Xəstəxanada çalışan işçilər isə bu gün acınacaqlı vəziyyətdə olan həkim məntəqəsinin əvvəlki firavan vəziyyətindən danışıb və kənddə xəstələrin qış günlərində rayon mərkəzinə getməsində bir sıra çətinliklərin olduğunu deyib.
Həkim məntəqəsinin baş həkimi Nizami Teymurov bildirib ki, 11 minə yaxın əhalisi olan bir kənddə xəstəxananın ləğv olması heç cür qanuna müvafiq deyil. Rayonun Aşağı Quşçu kəndi Qovlar şəhərindən sonra ikinci böyük kənddir. Burada xəstəxananın bağlanması qərəzlikdən başaq bir şey deyil.
Baş həkim xəstələrdə ağrıların xüsusi ilə gecə çoxalmasını və xəstəxananın ləğv olunmasından sonra kənddə qəfil ölümlərin sayının artdığını bildirib.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB