Nəqliyyat Nazirliyi qarlı havada xəttə buraxılan avtobusların sayını açıqlayıb. SİA-nın məlumatına görə, bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı təxminən 2 minə yaxın olub: "Gün ərzində havanın necə olacağından asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər işləyəcəyinə qərar veriləcək. Hələlik bütün avtobuslar xəttə buraxılıb. Avtobus qrafikində gecikmələr ola bilər. Nəzərdə tutulub ki, avtobuslar axşam saatlarına qədər işləsin. Lakin ola bilər ki, hava daha da pisləşsin. Belə vəziyyətdə sərnişinləri təhlükə altında qoymaq olmaz".
Nazirlikdən o da bildirib ki, sərnişin avtobuslarının gedişhaqqı qiymətlərində də heç bir artım ola bilməz: "Əgər kimsə süni qiymət artımı ilə rastlaşsa, nazirliyin 012 561-76-28 saylı "Qaynar xətti"nə müraciət edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB