"Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə şagirdlərin davamiyyəti aşağı düşüb. Qarın yağması ilə əlaqədar Bakı şəhəri ərazisindəki məktəblərdə şagirdlərin əksəriyyətinin dərsə gəlmədiyi məlum olub. Hazırda qarın yağması ilə bağlı məktəblərdə bəzi problemlər yaranıb ki, bu da şagirdlərin davamiyyətinə mənfi təsir edib. Buna baxmayaraq, hazırda paytaxtda fəaliyyətini dayandıran məktəb yoxdur. Qarşıdakı günlərdə də qar yağmaqda davam etsə, bununla əlaqədar olaraq dərsə gedə bilməyənlər üzrlü hesab olunacaqlar". Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu gün Bakı şəhəri üzrə şagirdlərin dərsə davamiyyətinin keyfiyyət göstəriciləri Yasamal rayonunda 30%, Sabunçu rayonunda 40%, Suraxanı rayonunda 60%, Nərimanov rayonunda 50%, Nizami rayonunda 40%, Xətai rayonunda 40%, Nəsimi rayonunda 50%-ə yaxındır. Davamiyyətlə bağlı ən aşağı göstərici Qaradağ rayonunda qeydə alınıb. Bu da oranın relyef quruluşu ilə əlaqədardır. Oradakı kəndlər və qəsəbələrdən şagirdlərin dərsə getməsi daha çətin olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB