Buz bağlamış yollarda hərəkət edən piyadalara geyim və yerişlərlə bağlı bir sıra məsləhətlər tövsiyə olunur. SİA-nın xəbərinə görə, qarlı hava zamanı buzlanan yollarda hərəkət edən insanlarda bir sıra hallarda yıxılma, sınıqlar və digər travmalar olur. Bu səbəbdən aşağıda sadalananlara riayət etmək məsləhət olunur:
• Altı sürüşkən olmayan rezin və dişli ayaqqabılar seçib geyinin.
• Maneə törədəcək qədər uzun paltar geyinməyin. Ala bilməsi ehtimal olunan bir sıra travmalar üçün paltarın qalın olmasına çalışın. Hərəkətləri məhdudlaşdırıcı xüsusiyyətdə olmayan geyimlərdən istifadə edin. Dar paltarlar hərəkət qabiliyyətinizi azalda bilir.
• Gedərkən yüngülcə önə əyilin və yerə baxın. Addımlar böyüdükcə bədən tarazlığını təmin etmək çətinləşir. Addımlarınızı kiçik və yerə yaxın olaraq atın. Getmək üçün buzlu yerləri deyil, qarlı yerləri seçin.
• Buz üzərində kəskin hərəkətlər etməyin.
• Zərurət olmadıqca eniş-yoxuşlardan istifadə etməyin.
• Üşüməmək üçün əllərin cibə soxulması tarazlıq itkisini asanlaşdıra bilir. Bu səbəbdən əllərinizi cibə qoymayın.
• Uşağınızı və ya ağır əşyalarınızı qucaqda daşımayın.
• Paket və ya çantalarınızı iki əlinizlə daşımayın.
• Pilləkənləri qalxıb düşərkən tutacaqlardan istifadə edin.
Təcrübələrə görə, yıxılma vaxtı yaş həddi artdıqca yıxılma və sürüşmələr zamanı baş verən qırıq sayları artır. Bu səbəbdən xüsusilə yaşlı insanlara qarlı havalarda məcbur qalmadıqca çölə çıxmamaları tövsiyə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB