Bakıda və Abşeron yarımadasında bu gün arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, axşam isə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlayacağı gözlənilir. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.
Soyuq hava şəraiti ilə bağlı tibbi-meteoroloji xəbərdarlıq da edilib. Belə ki, bu gün çox əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 1 və 2-də gecə saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB