Göygöldə müşavirə keçirilib

Göygöldə müşavirə keçirilib

"Yanvar ayının 21-də prezident İlham Əliyevin qərb bölgəsinə səfəri çərçivəsində Göygöl şəhərində bir sıra obyektlərin açılışında iştirak etməsi və rayon ictimaiyyəti ilə görüşü bundan sonra görüləcək işlər üçün stimul verir". SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirlər Göygöl rayon icra hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yığıncağında səsləndirilib.

Qeyd olunub ki, rayon mərkəzində 6 küçə əsaslı şəkildə yenidən qurulub. Fərdi evlərin fasadları və dam örtükləri yenilənib. Yeni yaşayış məntəqələrində 634 mənzil mavi yanacaqla təmin olunub. Çıxış edən rayon rəsmləri cari ildə şəhərdə həyata keçiriləcək tikinti layihələrindən, abadlıq və quruculuq tədbirlərindən danışıb. Yığıncaqda sakinlər müraciət və təkliflərlə çıxış edib. Qarşıda duran vəzifələr ətraflı təhlil olunub.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə