Sabah ölkə ərazisində qar yağacaq

Sabah ölkə ərazisində qar yağacaq

Bakı və Abşeron yarımadasında yanvarın 31-də qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, gündüz 5 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə