Milli Məclis bir sıra yeniliklərə imza atıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, jurnalistlər üçün nəzərdə tutulan otaqda 4 kompetürdən əlavə daha 10 müasir kompüterlər quraşdırılıb: "Kompüterlərdən tək plenar iclaslarda deyil, eləcə də komitə iclaslarında da istifadə etmək mümkün olacaq. Bundan sonra da bütün jurnalistlər operativ şəkildə informasiyanı ötürə biləcəklər. Eyni zamanda, otaqda rəqəmsal televizor, fax aparatı, çapetmə qurğusu quraşdırılıb. Bununla da jurnalistlər internetdən istənilən yazını rahatlıqla çap edə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB