Gürcüstanda gənclərin İslam dininə meylliliyi artıb

Gürcüstanda gənclərin İslam dininə meylliliyi artıb

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstan Respublikasının Marneuli rayonunda gənclərin dinə meyliliyi günü-gündən artır. Bölgə müxbirinin verdiyi xəbərə görə, azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda İmam Rza (Ə) adına dini mədrəsədə onlarla azərbaycanlı gənc dini təhsil alır.

Marneuli rayonunda ilk təsis olan İmam Rza (Ə) adına dini mədrəsədə Marneuli rayon gəncləri ilə yanaşı, Borçalı mahalından olan gənclər bu mədrəsəyə gələrək yüksək səviyyədə dini təhsillər alırlar. Mədrəsənin təsis olunmasında əsas məqsəd gəncləri pis yollardan uzaqlaşdırmaq və onlarda olan boşluqları doldurmaq olub. Bu barədə mədrəsənin axundu Hacı Əziz Nəbiyev məlumat verib.

Gənclər mədrəsədə 4 illik təhsil müddətində İslamın tarixini və "Quranı Kərimin" sirlərini öyrənirlər. Həmçinin xristian dövlətində dilimizi və dinimizi yaşadırlar.

Qeyd edək ki, mədrəsə artıq 14 ildir fəaliyyət göstərir. Bu illər ərzində mədrəsədə Gürcüstanda yaşayan yüzlərlə azərbaycanlı dini təhsil alıb.

Kamran Əskiparalı, Gürcüstan

Bütün xəbərlər Facebook səhifəmizdə