Təbii qazla təmin olunmayan kəndlər soyuq havalarda əziyyət çəkir

Təbii qazla təmin olunmayan kəndlər soyuq havalarda əziyyət çəkir

Ağstafa rayonunda, Kürün əks istiqamətində olan 10 yaşayış massivində təbii qazın olmaması orada yaşayan sakinlər üçün qış günlərində problemlər yaradır. Bölgə müxbirinin verdiyi xəbərə görə, havaların kəskin halda soyuması Ağstafa rayonunun 10 kəndinin sakinlərini ciddi narahat edib. Ağstafa rayonunun 10 yaşayış massivi qışın soyuq günlərini təbii qazdan istifadə etmədən keçirirlər. Sakinlər bildiriblər ki, təbii qaz yanacağı olmadığı üçün məcburən yaxınlıqda yerləşən meşəyə ziyanlıq vururlar və qapılarında olan meyvə ağaclarını kəsərək evlərdə istiliyin əldə olunması üçün yandırırlar.

Ağstafa rayon İcra Hakimiyyətinin Saloğlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini Natiq İbrahimov kənd sakinlərinin evlərində istiliyin əldə olunması üçün çətinlik çəkdiklərini və bağlarındakı bütün meyvə ağaclarını kəsib yandırdıqlarını deyib.

Ağstafa qaz istismar sahəsinin rəisi Elxan Məmmədov isə dövlət proqramına əsasən 2014-cü ildə Kürün əks istiqamətində olan 10 kəndin qazlaşmasının başa çatacağını bildirib.

Kamran Əskiparalı, Ağstafa

Bütün xəbərlər Facebook səhifəmizdə