BDYPİ: “Hazırda respublikanın avtomobil yollarında heç bir problem yoxdur”

BDYPİ: “Hazırda respublikanın avtomobil yollarında heç bir problem yoxdur”

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. BDYPİ-dən SİA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Quba və İsmayıllı istiqamətində yollarda buzlaşma müşahidə olunsa da, hazırda respublikanın avtomobil yollarında heç bir problem yoxdur.

İdarə yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə