Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 3G strategiyasından irəli gələrək gənclər təşkilatlarının imkanlarının təkmilləşdirilməsinə dəstək olaraq üzv təşkilatlarının elektron bazasını hazırlayıb. Bu barədə SİA-ya ARGTMŞ-ın mətbuat xidmətindən bildiriblər.
Üzv təşkilatların sənədləşmə sisteminin formalaşdırılması olan bu proses həmçinin üzv təşkilatlara yeni imkanların yaradılması, qarşılıqlı əməkdaşlığın və kommunikasiyanın möhkəmləndirilməsinə də xidmət edir.
Qeyd edək ki, bu istiqamətdə artıq 2013-ci ildən vahid sms xidməti tətbiq olunur və 104 üzv təşkilatdan hər hansı biri ilə əlaqədar məlumatların vahid bazadan və daha tez bir şəkildə digərlərinə çatdırılmasına xidmət edir.
Yaradılan elektron bazaya ARGTMŞ-a üzv olan təşkilatların hüquqi sənədləri, təşkilata və rəhbərə dair məlumatlar yerləşdirilib. Tərtib olunan baza ARGTMŞ-ın yeni istifadəyə veriləcək www.nayora.az saytında yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB