Beynin insanı heyvanlardan fərqləndirən sahəsi tapılıb

Beynin insanı heyvanlardan fərqləndirən sahəsi tapılıb

Oksford Universitetinin alimləri insan beyninin strateji planlaşdırma və çoxvəzifəlilik üçün cavabdeh olan, həmçinin heyvanlarda müşahidə edilməmiş hissəsini aşkara çıxarıblar.

"LiveScience" elmi saytı yazır ki, beynin ön qabığının alın payının yan hissəsi adlandırılan bu beyin sahəsi Metyu Raşvortun və Frans-Ksavyer Noybertin tədqiqatında təsvir olunub.

Bu beyin sahəsi təfəkkür prosesləri ilə əlaqədardır. Raşvort deyir: "Biz gələcəyi planlaşdırmaq, çevik qavrama və başqalarından öyrənmək qabiliyyətinin daha çox insana xas keyfiyyətlər olduğunu düşünməyə adət etmişik".

O deyib: "Biz beynin elə bir zonasını aşkar etmişik ki, o, insan üçün unikal sahədir və bütün əməliyyatları yerinə yetirməyə imkan verir".

Alimlərin fikrincə, strateji planlaşdırma, çoxvəzifəlilik və qərar qəbul edilməsinə cavabdeh olan bu sahə də elə insanı heyvanlardan fərqləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə