Qəzəb hər bir kəsə xas olan xüsusiyyətdir. Amma siz daha çox sakit vəziyyətdə deyil, aqressiv vəziyyətdə olursunuzsa, bu barədə düşünməlisiniz. Aqressiya vəziyyəti heç də təkcə psixoloji pozğunluqlardan irəli gəlmir, o həm də müxtəlif xəstəliklərdən xəbər verir.
Məsələn, hipertireoz, yəni qalxanabənzər vəzinin hiperaktivliyi insanda qəzəb doğura bilər. Bu, qalxanabənzər vəzinin normadan artıq tiroid hormonu ifraz etməsi səbəbindən qadınlarda daha çox müşahidə edilir.
Diabet qəflətən qəzəblənmə hallarının artmasına kömək edə bilər, belə ki, qanda şəkərin səviyyəsi orqanizmin və beynin müxtəlif toxumalarına güclü təsir göstərir ki, bu da bütün kimyəvi maddələrin, o cümlədən də serotoninin tarazsızlığına gətirib çıxarır.
Depressiya əsəbilik, narahatlıq və qəzəb doğurur.
Altsgeymer xəstəliyi ona görə belə vəziyyətə gətirib çıxarır ki, beynin müxtəlif sahələrinə, xüsusən də şəxsiyyət xarakteristikası üçün cavabdeh olan alın hissəsinə təsir göstərir.
Qaraciyərlə bağlı bəzi xəstəliklər, məsələn, hepatit və ya sirroz qaraciyər ensefalopatiyasına səbəb olur, bu isə sonradan xarakterdə qəzəb və deyingənlik kimi dəyişikliklər yarada bilər.
İnsult zamanı beynin bütün emosiyalara nəzarət edən alın hissəsi zədələnirsə, bu da aqressiyaya gətirib çıxara bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB