Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.
SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər fərdi yaşayış evinin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olub, vətəndaşın bağlı qapı arxasından xilas edilməsini təmin ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB