Bakıda 40 marşrutda nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb Siyahı
Bakı şəhərində artıq 40 marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarında nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, bu isə 743 avtobusda vahid ödəniş kartının tətbiqi deməkdir.
Aşağıdakı xətt üzrə hərəkət edən sərnişin avtobuslarında kart sistemi tətbiq edilib: 1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95 və 96 saylı marşrutlardır.
Qeyd edək ki, avtobuslarda ödəniş kartlarının oxunması üçün validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi marşrutların sayı artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB