Fizika-Riyaziyyat və Texniki elmlər bölməsinin Büro iclası keçirilib
AMEA-nın Riyaziyyat və Mexanika İnsititutunda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texniki elmlər bölməsinin Büro iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda gündəlikdə duran məsələlər müzakirə olunub.
"Azərsu" ASC-nin Elm və Texnika şöbəsinin yeni texnika və texnologiyaların tətbiqi üzrə aparıcı mütəxəssisi, fizika üzrə fəlsəfə doktoru Elçin Qurbanov "İçməli və tullantı suların dezinfeksiyasını təmin edən yeni texnoloji üsullar" layihəsini Büro üzvlərinə təqdim edib və bu sahədə AMEA və "Azərsu" ASC-nin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Büro iclasında Fizika İnstitutunun nəzdində "Biofizika və smart materiallar Mərkəzi"nin yaradılması, "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri" jurnalının redaksiya heyyətinin yeni tərkibinin təsdiqi, Kibernetika İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, Şamaxı astrofizika Rəsədxanasının "Azərbaycan Astronomiya" jurnalının yeni tərkibinin müəyyənləşməsi və Rəsədxanada fəaliyyət göstərən müşahidə qrupunun əməkdaşlarının sayının artırılması məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB