Milli Məclisdə təhlükəszilik sistemi ilə bağlı notebook qadağasına görə parlament jurnalistləri arasında yaranan narazılıqlara son qoyulacaq. Belə ki, parlamentdə media nümayəndələri üçün nəzərdə tutulan otaqda kompüterlərin sayı artırılıb. Məsələ ilə bağlı SİA-ya açıqlama verən MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, jurnalistlərin məlumatları operativ ötürmələri üçün artıq lazımi şərait yaradılıb.
Onun sözlərinə görə, media əhli üçün nəzərdə tutulan otaqda kompüterlərin sayı 14-ə çatdırılıb: "Bundan sonra jurnalistlər bütün məlumatları operativ şəkildə istədikləri kimi ötürə biləcəklər. Otaqda texniki məsələlər başa çatmaq üzrədir və gələcəkdə ehtiyac yaranarsa yeni kompüterlər də quraşdırıla bilər. Lakin buna ehtiyac olmayacağını düşünürəm".
Qeyd edək ki, fevralın 3-də Milli Məclisin yaz sessiyası üçün ilk plenar iclası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB