"6-9 aydan sonra viza sadələşdirilməsi ilə bağlı müqavilənin şərtləri icra ediləcək"

"6-9 aydan sonra viza sadələşdirilməsi ilə bağlı müqavilənin şərtləri icra ediləcək"

"Son zamanlar Azərbaycanla Avropa ölkələri arasında vətəndaşlarının səfərlərinin xeyli artdığını müşahidə edirik". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, Səfir xanım Malena Mard belə deyib.

Onun sözlərinə görə, vətəndaşların səfərlərinin asanlaşması üçün Azərbaycanla Avropa ölkələri arasında viza sadələşdirilməsi ilə bağlı müqavilə imzalanıb: "Planlaşdırırıq ki, 6-9 aydan sonra viza sadələşdirilməsi ilə bağlı müqavilənin şərtlərinin icrasına başlanılacaq. Düşünürük ki, bu proses başladıqdan sonra Azərbaycanda Avropaya, Avropadan isə Azərbaycana gedən vətəndaşların səfəri daha da asanlaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə