Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində hava şəraitinin kəskinləşəcəyi barədə xəbərdarlıq yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, sabahdan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gündən-günə kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.
Havanın temperaturunun Bakı və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var.
Yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB