Dövlət Komitəsindən qaçqın və məcburi köçkünlərə Xəbərdarlıq

Dövlət Komitəsindən qaçqın və məcburi köçkünlərə Xəbərdarlıq

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərə xəbərdarlıq edib. Komitədən SİA-ya verilən məlumata görə, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daimi ölkə Prezidentinin diqqət mərkəzində olub və uğurla davam edir.

Beləki, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülmüş və köçürülmə prosesi xüsusi yaradılan komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib.

Təəssüflə qeyd etməliyik ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə Komitəyə şifahi məlumatlar daxil olub, Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Komitəyə aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb. Hal-hazırda qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur.

Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa onlar özləri cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Dövlət Komitəsi bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat versinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə