Tbilisidə müşahidə olunan güclü duman səbəbindən Bakı-Tbilisi aviareysi bu gün Bakı vaxtı ilə saat 13:00-a kimi təxirə salınıb. "Azərbaycan Hava Yolları" QSC-dən SİA-ya verilən xəbərə görə, ilkin məlumata görə, saat 10:10-da uçmalı olan təyyarənin Bakı vaxtı ilə saat 13:00-da uçacağı gözlənilir.
Tbilisi Beynəlxalq Aeroportundan verilən məlumata görə, güclü dumanla əlaqədar aeroport üç aviareysi qəbul edə bilməyib. Bu gün səhər tezdən Münhen, İstanbul və Varşavadan olan təyyarələr yerə enə bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB