Avropa Olimpiya Komitəsi (AOK) Olimpiya hərəkatı çərçivəsində komitələrarası əlaqəni təbliğ etmək məqsədilə rəqəmsal platformaların yenidən qurulmasını başa çatdırmış və yeni saytını təqdim edib.
Yeni saytda proqramların hazırlanması ilə yanaşı, intranet imkanları da yaradılacaqdır. Bununla da Milli Olimpiya komitələrinin üzvləri lazım olan sənədləri saytdan yükləyə biləcək və AOK-un görüşləri üçün onlayn akkreditasiya almaq imkanları əldə edəcəklər.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib ki, rəqəmsal platformanın yaradılması yerli Olimpiya komitələrini dəstəklədiyimizi göstərir: "Yeni sayt və sosial şəbəkə hesabı Avropa Oyunları kimi, bizim baxışlarımızın əsas tərkib hissəsi olan qurumlarla əlaqələrimizi əhəmiyyətli dərəcədə genişləndirəcək".
P.Hikki deyib ki, icraedici komitənin son iclasında Avropa Oyunlarının Bakıda keçiriləcək açılışından əldə olunan gəlirin Milli Olimpiya komitələri və Avropa federasiyaları arasında bölüşdürülməsi qərara alınıb.
Yeni sayt Romadan, AOK-un mütəxəssisləri tərəfindən ən müasir sistemlə idarə ediləcək. Saytda Avropa Milli Olimpiya komitələrindən alınan məlumatların müqayisəsi, eləcə də video və fotoqalereyalar yer alacaq. Burada, həmçinin AOK-un tədbirləri, Avropa Oyunları, Avropa Gənclər Olimpiya Festivalı və Avropanın Kiçik Dövlətlərinin Oyunları barədə məlumatlar yerləşdiriləcək.
Olimpiya hərəkatını daha da təbliğ etmək və AOK-la bağlı sayta yerləşdirilən xəbərlərlə əlaqə yaratmaq üçün yeni "Twitter" hesabı yaradılıb.
Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi bildirib ki, bu platforma kütləvi informasiya vasitələri və Milli Olimpiya komitələri üçün ilk əlaqədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB