“Barselona” Messini dünyada ən yüksək məvacib alan futbolçuya çevirməyə hazırdır

“Barselona” Messini dünyada ən yüksək məvacib alan futbolçuya çevirməyə hazırdır

"Barselona" komandasının yeni prezidenti Xosep Mariya Bartomeu hücumçu Lionel Messi ilə yeni kontrakt imzalanmasına razılıq verib. Bu kontrakt sayəsində Messi dünyada ən yüksək məvacib alan futbolçu olacaq.

Argentinalı hücumçu hazırda hər il 13 milyon avro alır. Bundan əlavə, Messi ildə 3 milyon avroya qədər bonus ala bilər. Yeni sazişə əsasən onun məvacibi ildə 18 milyon avro olacaq. Üstəlik, qazanılmış uğurlardan asılı olaraq Messi daha üç milyon avro gəlir əldə edə bilər.

"Real" komandasında oynayan Kriştianu Ronaldu məhz bu qədər qazanır. Messi ilə "Barselona" arasında yeni kontrakt imzalanmasının bir səbəbi də məhz portuqaliyalı futbolçunun məvacibi olub. Bundan əlavə, kataloniyalılar ehtiyat edirlər ki, Fransanın "PSJ" komandası onların ulduz oyunçusunu şirnikləndirib öz heyətinə cəlb edə bilər.

"Barselona" ilə Messi arasında hazırda qüvvədə olan kontrakt 2013-cü ilin fevral ayında imzalanmışdır. 2018-ci ilə qədər qüvvədə olan bu sazişə əsasən 250 milyon avro məbləğində dəbbə pulu nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə