Ötən il Gəncə şəhəri Məşğulluq Mərkəzində 2762 nəfər işsiz qeydiyyatda olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bunlarında 636 nəfəri müxtəlif müəssisələrdə işlə təmin olunub.
Qeyd edək ki, mərkəz tərəfindən sağlam vətəndaşlarla yanaşı, xüsusi imtiyaz və əlillik dərəcəsi olan vətəndaşlar da işlə təmin olunub. Belə vətəndaşların sayı ötən il 46 nəfər təşkil edib.
İlham Məmmədov, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB