Hesabat dövründə "Azərsu" Açıq Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin, su anbarlarının, təmizləyici qurğuların, yerli sukanal idarələrinin ərazilərində yaşıllaşdırma və abadlıq işləri həyata keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, tədbirlər çərçivəsində əkilən ağac və dekorativ bitkilərin ümumi sayı 175 minə çatıb. İl ərzində 22 min ədəd həmişəyaşıl, 2734 meyvə ağacı, 145 min ədəd mövsümü gül, 5200 ədəd qızılgül kolu əkilib.
Bununla yanaşı, 10 min kvadratmetr sahədə qazon otu səpilmiş, ağacların suvarılması məqsədi ilə 2,6 km uzunluğunda su xətti çəkilib və damcı suvarma sistemi yaradılıb. Həmçinin ötən illərdə əkilən ağaclara aqrotexniki qulluq göstərilib və abadlıq işləri aparılıb.
Ümumilikdə 2011-2013-cü illərdə Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 270 minə qədər yaxın müxtəlif növdə ağac və dekorativ bitkilər əkilib. Yaşıllaşdırma tədbirləri 2014-cü ildə də davam etdiriləcək və daha geniş əraziləri əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB