Tovuzda erməni tutuldu

Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb. Hadisə bu gün baş verib. Bu barədə SİA-nın Qərb bürosuna Əlibəyli kənd icra nümayəndəliyindən bildiriblər. Məlumata görə, təmas xəttini keçən Ermənistan vətəndaşı kənd sakinləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, onun hərbçi, yaxud mülki vətəndaş olması məlum deyil.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə