Hacı Surxay: “Suriyada öldürülən azərbaycanlıların qanı hədər yerə axır”

Hacı Surxay: “Suriyada öldürülən azərbaycanlıların qanı hədər yerə axır”

"Azərbaycanın daxilində sabitliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilər, vəhabilər, təkfirçilər, xəvariclərdir". SİA-nın xəbərinə görə, bu sözləri İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Təriqətçilər tərəfindən sünninin malı, şiənin canı halaldır deyiminə kəskin reaksiya verən Hacı Surxay Məmmədli düşüncənin əleyhinə olduğunu deyib: "Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu nə düşüncədir? Bu harda yazılıb? Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır. Bu gün Suriyada öldürülən azərbaycanlıların qanı hədər yerə axır. Bu gün Azərbaycanda təbliğat elə qurulmalıdır ki, döyüşmək istəyənlər Azərbaycanın işğal olunmuş 20 faiz ərazisi uğrunda döyüşə can atsınlar".

Çıxışı zamanı Hacı Surxay Məmmədli bildirib ki, onda olan məlumata görə, Aşurbəy məscidində silah saxlanılır, oradan Suriyaya döyüşçülər göndərilir. O, bunu böyük təhlükə adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə