Hacı Şahin: “Müsəlmana qarşı vuruşan şəhid sayıla bilməz!”

Hacı Şahin: “Müsəlmana qarşı vuruşan şəhid sayıla bilməz!”

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) bu gün verdiyi fətvanın yerində və gözlənilən idi. SİA-nın məlumatına görə, bu sözləri Məşədi Dadaş məscidinin axundu Hacı Şahin bu gün QMİ-də keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda radikallığa yer yoxdur: "Azərbaycanda dini münasibətlər modeli, tolerantlıq mövcuddur ki, bu dəyərlər əsrlər boyu qorunub saxlanıb. Dinin səhv başa düşülməsi dinsizlikdən daha təhükəlidir. Adıçəkilən cərəyanlara gəlincə, onlar məzhəb və təriqət deyil, məhz cərəyanlardır və sevindirici haldır ki, artıq onların adının açıq şəkildə deyilməsinə başlanılıb. Azərbaycanda bəzi cərəyanlar məzhəblərarası qarşıdurma yaradır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndələri bu kimi hallara qarşı mübarizə aparmalıdırlar. Əlamətdar günlərdə sünni və şiə din xadimlərinin birgə tədbirlər keçirməsinə ciddi ehtiyac var. Bu cür tədbirlər ölkəmizdə məzhəblər arasında problemin olmadığını sübut edər. Bu gün bu fətvanın verilməsinin çox böyük xeyri var. Bizdə belə bir məlumat var ki, Suriyada insanları cinsi təcavüzə məruz qoyurlar. Radikal təriqətlər özlərindən cinsi cihad icad ediblər və bu cihad altında insanları cinsi təcavüzə məruz qoyurlar. Baş verənlər də məhz cəmiyyətin dini savadsızlığından irəli gəlir. Suriyaya cihad adı ilə aldadılıb aparılanlar məhz cahilliklərinin qurbanı olurlar. Onlar başa düşməlidirlər ki, Suriyada axıtdıqları qan hədərdir. Müsəlmana qarşı vuruşan şəhid sayıla bilməz!"

Bütün xəbərlər Facebook səhifəmizdə