Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edib FOTOLAR

Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edib FOTOLAR

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov ölkə prezidenti İlham Əliyevin göstərişi əsasında Sabirabad rayonunda Yeni Azərbaycan partiyasının inzibati binasında Hacıqabul, Şirvan, Sabirabad, Saatlı rayonlarından olan 40 nəfərdən çox vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların nazirə müraciəti Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların idman qurğuları ilə təhciz edilməsi, fəxri adların verilməsi və digər mövzularla bağlı olub.

Gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması ilə bağlı müraciətlər də əks olunub. Nazir müraciətləri dinləyərək qaldırılan məsələlərin həll olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə