Ermənilər cəbhədə yenə gərginlik yaradıb

Ermənilər cəbhədə yenə gərginlik yaradıb

Erməni silahlı bölmələri növbəti dəfə atəşkəsi pozublar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, onlar milli ordumuzun mövqeləri ilə yanaşı, təmas xəttində yerləşən yaşayış məntəqələrini də atəşə tutublar. Ağdamın Çıraqlı kənd sakini Bilal Hüseynovun evindən gələn işığı görən ermənilər bu dəfə evi atəşə tutublar. Xoşbəxtlikdən güllə evin divarlarına dəyib. Ailə üzvlərindən heç kim xəsarət almayıb.

Qeyd edək ki, son 20 gündə artıq bir neçə dəfə ermənilərin atdığı güllələr Çıraqlı kəndində yaşayış evlərinə dolur.

Şamxal Cəliloğlu, Qarabağ

Bütün xəbərlər Facebook səhifəmizdə