"Azərbaycanın daxilində sabitliyi pozmağa çalışan xüsusi radikal qruplar var: "Bunlar sələfilər, vəhhabilər, təkfirçilər, xəvariclərdir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu, harda yazılıb?" SİA-nın xəbərinə görə, bu sözləri İçərişəhər Cümə Məscidinin axundu hacı Surxay Məmmədli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır.
Daha sonra məsələ ilə bağlı danışan Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli Azərbaycanda radikallığa yer olmadığını dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycanda dini münasibətlər modeli, tolerantlıq mövcuddur ki, bu dəyərlər əsrlər boyu qorunub saxlanıb: "Dinin səhv başa düşülməsi dinsizlikdən daha təhükəlidir. Adıçəkilən cərəyanlara gəlincə, onlar məzhəb və təriqət deyil, məhz cərəyanlardır və sevindirici haldır ki, artıq onların adının açıq şəkildə deyilməsinə başlanılıb. Azərbaycanda bəzi cərəyanlar məzhəblərarası qarşıdurma yaradır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndələri bu kimi hallara qarşı mübarizə aparmalıdırlar. Əlamətdar günlərdə sünni və şiə din xadimlərinin birgə tədbirlər keçirməsinə ciddi ehtiyac var. Bu cür tədbirlər ölkəmizdə məzhəblər arasında problemin olmadığını sübut edər.
Daha sonra söz alan Nardaran dindarları adından çıxış edən Hacı Hacıağa Nuri son vaxtlar daha da fəallaşan "nurçular" haqqında danışıb. O deyib ki, "nurçular" son zamanlar dövlət orqanlarına təsir etməyə qədər fəallaşıblar: "İslamda istədikləri yenilikləri təbliğ edib gənclərimizi əlimizdən alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB