"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir". Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında bildirib ki, paytaxtda və yarımadada şimal küləyi güclənəcək, havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti təşkil edəcək.
Şöbə müdirinin sözlərinə görə, yanvarın 29-da ölkənin bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur: "Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Şimal küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək".
Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Gürşad Məmmədova qeyd edib ki, yanvarın 29-da Bakı və Abşeron yarımadasında arabir yağıntılı olacağı, 30-31-də qar yağacağı gözlənilir. Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti, 30-da gecə və gündüz 2-4 dərəcə isti, axşam 3 dərəcə şaxta, 31-də isə 1-3 dərəcə şaxta təşkil edəcək. Şimal küləyinin güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB