Nizami Gəncəvi Beynəlxalq Mərkəzivə Madrid Klubunun birgə təşəbbüsü, həmçinin, İsgəndəriyyə Kitabxanası, Diasporla İş üzrə Dövlət Komitəsi, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Avropa Liderlər Şəbəkəsi, Gələcək Dünya Şurası, Xarici Əlaqələr Komitəsi və bir çox digər təşkilatların dəstəyi ilə 27-30 aprel tarixlərində Bakıda keçiriləcək II Global Shared Societies Forumuna hazırlıq məqsədilə Afina və Madrid şəhərlərin də müzakirələr təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıya hazırlıq məqsədilə Afina şəhərində YUNESKO-nun xoşməramlı səfiri və tədbirə ev sahibliyi edəcək Marianna V. Vardinoyannis Fondunun rəhbəri xanım Vardinoyannis, Yunanıstanın sabiq Xarici işlər naziri və Millət vəkili xanım Dora Bakoyannis, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və digər rəsmilərlə görüşlər keçirilib. Madrid şəhərində isə Mərkəzin və Madrid Klubunun rəhbərliyini edən Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberganın rəhbərliyi ilə hər iki təşkilatın katibliyinin müzakirələri reallaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB