Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi müraciət göndərəcək (YENİLƏNİB)
Qafqaz Müsəlmanları İdarəsində "İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə halları" ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bir sıra axund, molla, icma sədrləri və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Şeyxülislam Hacı Allahşükür Paşazadə ilk növbədə 20 Yanvar Faciəsində həlak olanlarə yad edərək onlara allahdan rəhmət diləyib. O bildirib ki, faciədə həlak olan şəhidlərimizin sayəsində ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çatıb: "Ölkəmiz əsası Ulu Öndər tərəfindən qoyulan hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsində yüksək inkişaf səviyyəsinə çatıb. Sovet dövründə ölkəmizdə 17 məscid var idisə, bu gün bu rəqəm 200-ü ötüb. Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt və rayonların kəndlərində məscidlər tikilir və ya əsaslı təmir edilir. Bütün bunlar dövlətin dinə olan münasibətinin göstəricisidir. Lakin bəzi ölkələr var ki, ölkəmizin inkişafı onları narahat edir və onlar müxtəlif qüvvələr vasitəsilə ölkəmizə ziyan vurmağa çalışırlar. Bunlardan biri Ermənistandır. Belə ki, düşmən ölkə Azərbaycanın inkişafını qəbul etmək istəmir və inkişafımıza maneçilik törətməyə çalışır".
Bəzi yerlərdə onunla bağlı hədə-qorxu xarakterli yazıların yazıldığını deyən A. Paşazadə belə yazılarla onu qorxuda bilməyəcəklərini xüsusi vuğulayıb: "Bəzi yerlərdə mənimlə bağlı hədə-qorxu xarakterli yazılar yazılır. Məni belə şeylərlə qorxuda bilməyəcəklər. Mən artıq ən böyük çətinlikləri keçmişəm. Suriyaya gedən bu adamlar dönüb gəlsələr, dəyişsələr, radikal olmasalar, dövlətin onlarla heç bir işi olmayacaq. Mən onları dövlətə, xalqa, məzhəblərə qarşı gördükləri işlərdən əl çəkməyə dəvət edirəm. Başqa dövlətlərin, adamların dediklərinə uymasınlar. Axı siz Azərbaycan vətəndaşısınız".
Çıxışı zamanı QMİ sədri həmçinin məscid axundlarına da səslənib. Onun sözlərinə görə, axundlar onlara idarə tərəfindən verilən moizə kitabından istifadə etməlidirlər: "Belə olmadığı halda, müxtəlif problemlər üzə çıxır. Tövsiyəmiz budur ki, QMİ tərəfindən hazırlanmış bu kitabdan istifadə edilsin".
Radikalların Sumqayıtı Mədinə, Bakını Məkkə kimi adlandırmasını çox böyük günah adlandıran QMİ sədri həmin insanlarda əqli problemlərin olduğunu da qeyd edib: "Bunların ağlı bu qədərdir, bu qədər düşünə bilirlər".
Tədbirin davamında iclas iştirakçılarına müraciət edən Şeyxülislam söyləyib ki, meyarlara cavab verməyən məscidlərlə bağlı məsələ qaldırılacaq.
Daha sonra tədbirdə Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası fətva verib. Fətvada son vaxtlar İslamda cahid və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq bildirilir ki, islam dinində şəhidlik-iman, haqq-ədalət, Vətən uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə onu da bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi müraciət göndərəcək. O qeyd edib ki, müraciət Azərbaycandan Suriya və digər münaqişə ocaqlarına guya din uğrunda mübarizəyə gedənlərlə bağlıdır: "Biz elan etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq nazirliyə göndərmək niyyətindəyik. Çünki dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır. Bunun qarşısını birlikdə almalıyıq".
Daha sonra tədbirdə Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası fətva verib. Fətvada son vaxtlar İslamda cahid və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq bildirilir ki, islam dinində şəhidlik-iman, haqq-ədalət, Vətən uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur.
Fətvada qeyd olunub ki, bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ şəhidlərimizin haqqı vardır, odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur: " "Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur, onların ruhlarını böyük ehtiramla yad edirlər".
Tədbirin davamında çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bildirərək söyləyiblər ki, ölkədə hanısa təriqəti təbliğ edib digər dini aşağılamaq həm dini, həm də qanunvericilik baxımından yolverilməzdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB