Şeyxülislam: "Təriqət təbliğatçıları qanun çərçivəsində cəzasını almalıdır"
"Başqa dini məzhəbi aşağılamaq qanunda yolverilməz olmaqla yanaşı, həm də vicdan azadlığına ziddir". SİA-nın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, belə halları törədənlər qanun çərçivəsində cəzasını almalıdır: "Bununla bağlı qanunvericilik var və orada qeyd olunub ki, dini qarşıdurma yaradanlar cəzalanmalıdırlar. Son vaxtlar ölkəmizdə, xüsusilə də bu yaxınlarda Şimal bölgəsində baş verənlər bir daha sübut etdi ki, onlar bunu özbaşına etmirlər arxalarında duran insanlar var. Təbii ki, xaricdən maliyyələşirlər. Bunun qarşısını almaq da çox çətindir. Düzdür, bununla xüsusi qurumlar məşğul olurlar. Amma bu iş tək onlarla bitmir. Hər birimiz bir vətəndaş olaraq iş görməliyik. Vətənizimin qorunmasında hər bir vətəndaş cavabdehlik daşıyır. Təbii ki, din xadimlərimiz də buna hazır olmalıdırlar. Bəzi təriqət təbliğatçıları insanlara, xüsusilə də cavanlara cənnət vəd etməklə özlərinə tərəf çəkməyə başlayırlar. Kimin ixtiyarı var ki, cənnət vəd etsin? Bunu yalnız Allah-təala edə bilər. Belə insanlara aldanmamalıyıq".
Çıxışı zamanı Şüyxülislam Suriyaya gedib şəhid olanlar bağlı da danışıb. O deyib ki, bəziləri pulla Suriyaya gedirlər: "Onlar öləndə də bunu şəhadət kimi qələmə verirlər. Peyğəmbərimizin də hədisi var ki, muzdla döyüşənlər şəhid hesab oluna bilməzlər. Belə insanlar pula aldanmamalıdırlar. Bildirməlidirlər ki, siz qarşıda gedin mən də arxadan gələrəm. Cənnət vəd edənlər, qoy bu addımı birinci onlar atsınlar. Burada müəyyən qədər ziyalı və məmur təbəqəsində də günah var. Bir məmur deyil, bir neçə məmurlar var ki, dövlətdən maaş alırlar, amma onların oğulları başqa təriqətdə dövlətə qarşı iş aparırlar. O, burada əmirlik yaratmaq istəyir. Lakin hər birimiz bu məsələdə dövlətə yaxından kömək etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB