Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin gecə və səhər saatlarında dumanlı, çiskinli, gün ərzində isə arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-8, bəzi yerlərdə 10-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, havanın temperaturunun gün-gündən aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB