İtaliyanın “Designboom” jurnalının saytında Bakı haqqında məqalə yerləşdirilib
İtaliyanın "Designboom" jurnalının saytında Bakı şəhəri haqqında məqalə yerləşdirilib.
Yazıda qeyd olunur ki, paytaxt Bakının hər bir yerində Azərbaycanın sürətli inkişafının izlərini görmək mümkündür. Şəhərdə qədim tarix qorunub saxlanılmaqla, müasirlik istiqamətində də ciddi addımlar atılmaqdadır.
Məqalədə diqqətə çatdırılır ki, Bakı özünəməxsus memarlığı ilə fərqlənir. Şəhərin simasına xüsusi yaraşıq verən, müasir incəsənətin rəmzi sayılan alov dilləri formasında üç göydələndən ibarət "Alov qüllələri" Bakını daha da gözəlləşdirir. Son illər Odlar Yurdu Azərbaycanda aparılan quruculuq və abadlıq işləri nəticəsində inşa olunmuş "Alov qüllələri" həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir. Şəhərin ən hündür göydələnləri olan bu binalarda yerləşən ofis, mehmanxana, yaşayış evləri, restoranlar ən müasir standartlara cavab verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB