Parisdə gündəlik nəşr olunan "Le Nouvel Observateur" qəzetində azərbaycanlı iş adamının Fransanın futbol klubuna investisiya qoymasından bəhs edən "Qətər və "Paris Sen-Jermendən sonra Azərbaycan "RC Lans" komandasına investisiya yatırmışdır" sərlövhəli məqalə dərc olunub.
Məqalədə son zamanlar xarici investorların fransız futbol klublarına marağının artdığı xüsusi qeyd edilib. Qətərin "Paris Sen-Jermen", rusiyalı milyarder Dmitri Ribolovlevin "Monako", azərbaycanlı iş adamı Hafiz Məmmədovun isə ikinci liqada çıxış edən və 1905-ci ildə yaradılan "RC Lans" futbol klublarına investisiya yatırdıqları bildirilir.
Futbol üzrə Azərbaycan və Fransa milli komandalarının qarşılaşdıqlarının vurğulandığı yazıda ölkəmizin sürətlə inkişaf etdiyi, idmanın bu növünə marağın artdığı diqqətə çatdırılıb. Məqalədə Fransanın futbol klubuna qoyulan investisiyanın ölkəmizin iqtisadi inkişafından xəbər verdiyi bildirilir. "RC Lans" klubuna sərmayə yatıran iş adamı Hafiz Məmmədovun bu addımının ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyi barədə fikri yazıda xüsusi vurğulanır.
Müəllif Xəzərin sahilində yerləşən Azərbaycanın 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün rəsmən namizədliyini irəli sürdüyünü diqqətə çatdırıb.
Yazının tam mətni ilə "leplus.nouvelobs.com" ünvanında tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB