440 narkotik istifadəçisi qeydiyyatdadır

440 narkotik istifadəçisi qeydiyyatdadır

Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən bildiriblər ki, şəhər üzrə 440 narkotik istifadəçisi qeydiyyatdadır. Təkcə ötən il 31 nəfər narkotik maddə istifadəçisi bu siyahıya daxil edilib.

Dispanserin baş həkimi Sahil İlyasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, əvvəllər narkomaniyadan əziyyət çəkənlər müalicə olunmaqdan yayınırdılarsa, hazırda vəziyyət başqadır. Daha çox gənclər və yeniyetmələr arasında yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə" adlı milli proqram təsdiq edilib ki, Azərbaycan da bu ölkələr sırasındadır. Bu bəlaya düçar olanların yaş həddi əsasən 25-30 yaş arasında çoxluq təşkil edir.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə