"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında 2013-ci ildəki fəaliyyətin yekunlarına və 2014-cü ldə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq çıxış edən İB-nin İdarə Heyətinin sədri, icma rəhbəri Bayram Səfərov qurumun İdarə heyətinə və icma üzvlərinə görülən işlər barədə ümumi məlumat verib.
Sonra İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov İcmanın 2013-ci ildə həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə geniş məlumat vermiş və 2014-cü ldə qarşıda duran vəzifələr haqqında danışıb.
Daha sonra Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov Mərkəzin yaradılmasının məqsədləri və gələcək fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Hesabatlar dinlənildikdən sonra icmanın idarə heyətinin üzvlərii, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri dəyərləndirərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndirdilər.
İdarə heyətinin üzvləri, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək icmanın daha operativ və fəal olduğunu bildiriblər.
Toplantıda qeyd edilib ki, icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətin daha səmərəli təşkili məqsədilə yeni fəaliyyət istiqamətlərinin qurulması təqdirəlayiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB