Xətai rayonuna içməli suyun verilişində məhdudiyyət olacaq xəbərdarlıq
İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə "+110 Şərq" su anbarının 500 mm diametrli çıxış xətti üzərində KROHNE elektromaqnit tipli su sayğacı quraşdırılır. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar sabah gün ərzində Xətai rayonun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB