Yanvarın 27-də Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya bildiriblər ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 1-3° isti, gündüz 6-9° isti təşkil edəcək.
Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
Dağlarda temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB