Azərbaycanda bir sıra dövlət standartları təsdiq edilib

Azərbaycanda bir sıra dövlət standartları təsdiq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra dövlət standartları təsdiq edilib. Bu barədə komitənin mətbuat xidmətindən SİA-ya bildiriblər.

AZS 756-2014 "Xilasedici jiletlər. Texniki şərtlər" dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən xilasedici jiletlərə şamil edilir. Bu standart "Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya"nın III qaydasının tələblərinə uyğun hazırlanıb. Normativ sənəddə xilasedici jiletlərin əsas ölçüləri, texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, daşınma və saxlanma haqqında informasiyalar mövcuddur.

AZS CODEX STAN 192-2014 "Qida əlavələri" dövlət standartı beynəlxalq CODEX STAN 192-1995 "Codex General Standart for Additives" standartı əsasında hazırlanıb. Normativ sənəddə qida əlavələrinin istifadəsinin ümumi prinsipləri, qida əlavələrinin qida məhsullarına daxil edilməsi, qida məhsullarının kateqoriyaları sistemi haqqında informasiyalar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə